Qanunvericilik › Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondu

Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatlar, verilənlərin informasiya bazaları, dövlət kəmiyyət vahidi etalonları, standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipləri haqqında məlumatlar toplusu, attestasiya edilmiş ölçmə metodikaları (metodları), dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmələrin vahid siyahısı ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunu təşkil edir. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna məlumatların daxil edilməsini və həmin məlumatların verilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təşkil edir.

16.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə açıqlanması məhdudlaşdırılan məlumatlar istisna olmaqla, müraciət edən şəxslərə ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondundan sənədlər və məlumatlar bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilir.

16.3. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver