4.0. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. dövlət siyasətini müəyyən etmək və həyata keçirmək;
4.0.2. normativ hüquqi tənzimləməni təmin etmək;
4.0.3. ölçmələrin vəhdətinin təmin edilməsi üzrə prioritet sahələri müəyyənləşdirmək;
4.0.4. dövlət nəzarətini həyata keçirmək;
4.0.5. ölçmə vasitələrinin sertifikatlaşdırılmasını təşkil etmək;
4.0.6. fundamental, eksperimental və tətbiqi elmi tədqiqatlar aparmaq, elmi-texniki fəaliyyəti həyata keçirmək;
4.0.7. beynəlxalq əməkdaşlığı həyata keçirmək;
4.0.8. kadr hazırlığını təmin etmək.