5.0. Dövlət onkoloji xəstələrə yardım məqsədilə aşağıdakılara təminat verir:
5.0.1. onkoloji xəstəliklərin azaldılması üzrə məqsədli dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsinə;
5.0.2. onkoloji xəstələrə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;
5.0.3. onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, dövlət onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə;
5.0.4. onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş profilaktik tədbirlərin həyata keçirilməsinə;
5.0.5. onkoloji xəstəliklərlə əlaqədar ekspertizaların aparılmasına;
5.0.6. dövlət tibb müəssisələrində müalicə-diaqnostika təchizatına və yüksək effektli dərman vasitələrinə, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatın tam təmin edilməsinə;
5.0.7. dərman vasitələrinin təyinatı üzrə istifadəsinə və bu sahədə şəffaflığın təmin edilməsinə;
5.0.8. onkoloji xəstəliklərlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına;
5.0.9. onkoloji xəstəliklərlə bağlı hüquqi məsləhətlərin verilməsinə;
5.0.10. onkologiya sahəsində elmi tədqiqatların aparılmasına, bu sahədə fiziki və hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsinə və metodiki tədbirlərin həyata keçirilməsinə;
5.0.11. onkoloji xəstəliklərin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasına;
5.0.12. onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələrin ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılmasına.