6.1. Onkoloji xəstələr həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar.
6.2. Onkoloji xəstələrə ambulator-poliklinika tibbi yardım tədbirləri, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya və dispanser nəzarəti tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
6.3. Onkoloji xəstələrə onkoloji yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə, habelə onların fərdi müraciəti əsasında bu Qanunun 11.1-ci maddəsində qeyd olunan özəl tibb müəssisələrində göstərilir.
6.4. Onkoloji xəstələrin müalicəsi onların özlərinin və ya ailə üzvlərinin yazılı razılığı əsasında həyata keçirilir.
6.5. 18 yaşına çatmamış onkoloji xəstələrin müalicəsi onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı əsasında həyata keçirilir.
6.6. Onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan da aparıla bilər.
6.7. Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
6.8. Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.