Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır:
qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi yardım göstərmək və məsləhətlər vermək;
vərəm xəstəliyindən başqa ictimai təhlükəli xəstəliklər və narkoloji xəstələrin müalicəsi istisna olmaqla, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan xəstəliklər üzrə tibbi yardım göstərmək;
qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə etmək;
qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sənədlər vermək;
özəl tibb fəaliyyətini həyata keçirmək üçün bütün tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan digər şəxslərdən məlumat almaq;
pasiyentin müayinələrinin nəticələri ilə tanış olmaq, məsləhətçi kimi bütün növbəti müalicə mərhələlərində iştirak etmək;
peşə fəaliyyətini həyata keçirmək üçün normativ sənədlərlə tanış olmaq;
ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blanklarından istifadə etmək;
tibbi yardım göstərmək üçün özəl tibbi praktika ilə məşğul olan digər fiziki şəxslərlə birgə fəaliyyət göstərmək;
dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları müvəqqəti istifadəyə götürmək;
peşə fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi (kontraktı) əsasında işçilər cəlb etmək.