Qanunvericilik › Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri

Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır:

tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək;

təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək;

özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək;

xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək;

tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək;

xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək;

özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək;

həkim sirrinə əməl etmək;

zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək;

qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək;

qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver