12.1. Toxum istehsalçılarının reyestrinə daxil edilmiş dövlət və özəl toxumçuluq təsərrüfatlarında yetişdirilmiş toxumluq pambıq toxumluq çiyid əldə etmək üçün emal müəssisələrinə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satılır.
12.2. Toxumluq pambığın alqı-satqısı pambıq əkinlərinin aprobasiya nəticələrinə müvafiq olaraq toxumluq pambığın seleksiya sortuna və reproduksiyasına görə müvafiq standartların və digər normativ sənədlərin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
12.3. Toxumçuluq təsərrüfatları tərəfindən satılan toxumluq pambığın qiyməti emal nəticəsində əldə edilən toxumluq çiyidin keyfiyyəti əsas götürülməklə alqı-satqı müqaviləsində təsbit olunur.
12.4. Toxumluq pambıqdan əldə edilən toxumluq çiyid emal müəssisələrində saxlanılır, səpin kondisiyasına çatdırılır, dərmanlanır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılaraq pambıq istehsalçılarına satılır.
12.5. Toxumluq pambığın istehsalına, emalına, toxumluq çiyidin saxlanmasına və səpin üçün hazırlanmasına qanunvericiliyə uyğun olaraq dövlət nəzarəti həyata keçirilir.