Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27-2

Maddə 27-2. İddia sənədi üzrə bilavasitə təmsiletmə

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xarici hüquqi və fiziki şəxs olan iddiaçı, patent sahibi və ya digər maraqlı şəxslər iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi, patentin qüvvədə saxlanılması üçün ödənişlərin edilməsi, bu Qanunun 27-1-ci maddəsində qeyd olunan əvvəlki və daha əvvəl verilmiş iddia sənədlərinin surətlərinin təqdim edilməsi, habelə həmin maddədə sadalanan prosedurlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bildirişlərinin alınması ilə bağlı işləri bilavasitə həmin orqanla (qurumla) aparmaq hüququna malikdirlər. Bu halda iddiaçı, patent sahibi və ya digər maraqlı şəxslər Azərbaycan Respublikası ərazisində yazışma üçün və (və ya) hüquqi sənədlərin verilməsi üçün ünvan təqdim etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver