Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. İddia sənədinə etiraz

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İddia sənədinin dərc olunduğu tarixdən etibarən 6 ay ərzində hər bir hüquqi və ya fiziki şəxs Apellyasiya şurasına əsaslandırılmış etirazla müraciət edə bilər. Bu zaman istinad edilən materialların surəti də təqdim edilir.

2. Bu Qanunun 3.3-cü və 3.4-cü maddələrində, 7, 8, 9, 27, 27-1, 27-2 və 29-cu maddələrində göstərilən tələblər pozulduqda da iddia sənədinə etiraz verilə bilər.

3. Əsaslandırılmış etirazın surəti iddiaçıya göndərilir.

İddiaçı etirazın surətini aldığı tarixdən 2 ay ərzində ona cavab verməlidir.

İddiaçı cavabını müəyyən edilən müddət ərzində Apellyasiya şurasına təqdim etmədikdə iddia sənədi rədd edilmiş sayılır.

4. Apellyasiya şurası iddiaçının cavabına onu aldığı tarixdən 2 ay ərzində baxır. Hər iki tərəfin etiraza baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim etmək və şifahi izahat vermək hüququ vardır.

5. Apellyasiya şurası etiraza baxılmasının nəticəsinə uyğun olaraq, etirazın tam və ya qismən təmin olunması, yaxud rədd edilməsi barədə qərar qəbul edir və iddiaçıya bildiriş göndərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver