Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. Patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsi

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Aşağıdakı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir:

patent sahibinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verdiyi ərizə əsasında;

patentin qüvvədə saxlanması üçün haqqın ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə;

bu Qanunun 37-2-ci maddəsinin 1-ci hissəsinin “a” bəndi nəzərə alınmaqla, bu Qanunun 32-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan möhlət müddəti bitənədək patentin qüvvədə saxlanması üçün haqq ödənilmədiyi halda;

2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) patentə vaxtından əvvəl xitam verilməsi barədə məlumatı rəsmi bülletenində dərc edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver