1. İxtira, faydalı model və sənaye nümunəsinin patenti onun qorunduğu bütün dövrə şamil olunmaqla aşağıdakı hallarda bütövlükdə etibarsız sayılır:
bu Qanunun 7, 8, 9-cu maddələrinə uyğun olmadığı təsdiq edildikdə;
patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda;
patentlə verilən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda;
bu Qanunun 12-ci maddəsinə uyğun patent onu almaq hüququna malik olmayan şəxsə verildikdə.
2. Bu maddənin 1-ci hissəsində göstərilən şərtlər patentə tamamilə aid olmadıqda patent qismən etibarsız sayıla bilər.
3. Patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə Apellyasiya şurasında və ya məhkəmədə baxılır.