Qanunvericilik › Poçt haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-5

Maddə 13-5. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

Poçt haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-5.1. Milli operator cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirir.

13-5.2. Milli operator qanunla müəyyən olunmuş hallarda və qaydada müştəriyə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidir.

13-5.3. Bu Qanunun 13-5.1-ci və 13-5.2-ci maddələrində qeyd edilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.

IV Fəsil

Poçt rabİtəsİ operatorlarının dövlət və yerlİ özünüİdarəetmə orqanları, dİgər müəssİsələrlə münasİbətlərİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver