Qanunvericilik › Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Prokurorluq işçisinin həvəsləndirilməsi

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xidməti vəzifələrini nümunəvi icrasına və digər xidmətlərinə görə prokurorluq işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:

təşəkkür;

pul mükafatı;

qiymətli hədiyyə ilə mükafatlandırılma;

fəxri fərman ilə təltif edilmə;

xatirə nişanları ilə təltif edilmə;

növbədənkənar və ya vaxtından əvvəl rütbə verilməsi;

əvvəllər verilmiş intizam cəzasının vaxtından əvvəl götürülməsi;

Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilmə.

Prokurorluq işçilərinin həvəsləndirilməsi qaydaları "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver