Qanunvericilik › Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Prokurorluğun sistemi və təşkili

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:

Azərbaycan Respublikasının Baş Prokurorluğu;

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi;

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;

Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;

rayon (şəhər) prokurorluqları;

hərbi ixtisaslaşdırılmış prokurorluqları;

tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, sosial-məişət, təsərrüfat təyinatlı digər qurumlar.

Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının Prokurorluğu sistemində ərazi prokurorluqları, həmçinin rayon (şəhər) prokurorluqlarına bərabər tutulan ixtisaslaşdırılmış prokurorluqları və digər prokurorluqlar yaradıla bilər.

Prokurorluqların yaradılması, ləğv edilməsi, Baş Prokurorluğunun strukturunun və ştat vahidlərinin ümumi sayının təsdiqi məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver