Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Prokurorluğa qulluğa qəbulun şərtləri və qaydaları

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Prokurorluğa qulluğa qəbul olunmaq üçün tələblər “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi ilə müəyyən olunur.

4.2. Prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan şəxslər Azərbaycan Respublikasının Baş prokuroruna müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər.

4.3. Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Baş prokurorunun müəyyən etdiyi qaydada yoxlanılır.

4.4. Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən keçirlər. Müsabiqə ixtisas imtahanlarından və müsahibədən ibarətdir. İxtisas imtahanlarının keçirilməsinin ümumi qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən edilir.

4.4-1. Prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun elm-tədris mərkəzində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər.

4.5. Prokurorluğa qulluğa qəbul əmrlə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.

4.6. Müsabiqədən müvəffəqiyyətlə keçmiş və prokurorluğa qulluğa qəbul edilmiş şəxslər “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələblərinə uyğun Dövlət bayrağı önündə and içir və andın mətnini imzalayırlar. Andiçmə qaydası Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver