Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Prokurorluqda stajorluq və sınaq keçmə

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Prokurorluq orqanlarında stajorluq və sınaq keçmə qaydaları Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən müəyyən edilir.

5.2. İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün 6 aylıq stajorluq müddəti müəyyən edilir. Azərbaycan Respublikasının Baş prokuroru hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilir. Rəy mənfi olarsa, stajor attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.

5.3. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan 9-cu təsnifat vəzifəyə təyin olunmaqla prokurorluqda daimi qulluğa qəbul edilir.

5.4. Stajorluq və ya sınaq müddətlərində attestasiyadan keçməmiş işçi prokurorluqdan xaric edilir.

5.4-1. Prokurorluğa qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində stajorluq və sınaq müddətləri müəyyən edilmir.

5.4-2. Prokurorluğa qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilmir və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul edilirlər.

5.5. Stajorluq və sınaq müddətləri prokurorluqda iş stajına hesablanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver