Qanunvericilik › Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Qeyri-hökumət təşkilatının əmlakı

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Qeyri-hökumət təşkilatının mülkiyyətində qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

23.2. Qeyri-hökumət təşkilatı öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

23.3. Fondun əmlakını onun təsisçiləri (təsisçisi) tərəfindən verilən əmlak təşkil edir. Fond təsis olunduqdan sonra ona əmlak vermiş şəxs təsisçi hüququ qazanmır. Təsisçilər onların yaratdığı fondun öhdəlikləri üçün, fondlar isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşımır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver