Qanunvericilik › Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələri

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.0. Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:

24.0.1. təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

24.0.2. əmlak haqları və könüllü ianələri;

24.0.3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

24.0.4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

24.0.5. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

24.0.6. qrantlar;

24.0.7. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver