4.1. Səhmlərin buraxılışı haqqında qərarı səhmdar cəmiyyəti səhmdarlarının ümumi yığıncağı qəbul edir.
4.2. İstiqrazların buraxılışı haqqında qərarı emitentin nizamnaməsi ilə müəyyən edilən orqanı qəbul edir.
4.3. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda azı aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
4.3.1. emitentin tam adı, olduğu yer;
4.3.2. qərarın qəbul edildiyi yer və tarix;
4.3.3. emissiya edilən investisiya qiymətli kağızlarının növü, forması və nominal dəyəri;
4.3.4. emissiya edilən investisiya qiymətli kağızlarının sayı və ümumi məbləği;
4.3.5. həmin buraxılış üzrə investisiya qiymətli kağızları ilə təsbit olunan hüquqların xüsusiyyətləri;
4.3.6. buraxılışın anderrayteri (investisiya qiymətli kağızları kütləvi təklif edildikdə) və şərtləri;
4.3.7. investisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydası;
4.3.8. abunə yazılışının başlanma və başa çatma tarixləri və ya həmin tarixlərin müəyyən edilməsi qaydası (abunə yazılışı nəzərdə tutulduqda);
4.3.8-1. investisiya qiymətli kağızlarının yerləşdirilməsinin başlanma və başa çatma tarixləri;
4.3.8-2. investisiya qiymətli kağızlarının dəyərinin ödənilməsi qaydası;
4.3.9. qərarı qəbul etmiş emitentin orqanının adı;
4.3.10. qərarı qəbul etmiş emitentin orqanının rəhbərinin adı, soyadı, möhürlə təsdiqlənmiş imzası.
4.4. İstiqrazların buraxılışı haqqında qərarda bu Qanunun 4.3-cü maddəsində göstərilən məlumatlarla yanaşı aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
4.4.1. istiqrazların faiz dərəcəsi (nəzərdə tutulduqda);
4.4.2. təmin edilmiş istiqrazlar üzrə təminatın təsviri və şərtləri;
4.4.3. istiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti.