Qanunvericilik › Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Qiymətli metallar və qiymətli daşlarla bağlı fəaliyyətə xüsusi razılıq

Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Azərbaycan Respublikasında qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzrə fəaliyyət qanunvericiliyə müvafiq olaraq xüsusi razılıq əsasında həyata keçirilir.

13.2. Tərkibində qiymətli metallar və qiymətli daşlar olan yerin təki sahələrindən istifadə "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə yerin təkindən istifadəni tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

13.3. Azərbaycan Respublikasında qiymətli metal və qiymətli daş yataqlarının geoloji öyrənilməsi və kəşfiyyatı, onların hasilatı ilə bağlı fəaliyyətə xüsusi razılıq "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzrə fəaliyyət növlərinə xüsusi razılığın verilmə qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver