Qanunvericilik › Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırılması

Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

* (12-ci maddənin adına, 12.1-ci maddənin birinci və ikinci cümlələrinə, 12.2-ci və 12.3-cü maddələrə Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)

12.1. Azərbaycan Respublikasında qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatlar istisna olmaqla) sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırılması, onların müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiqləyən fəaliyyətdir. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

12.2. Bu qanunun 12.1-ci maddəsinə müvafiq olaraq uyğunluğun təsdiqlənməsi üçün sertifikat verilir, qiymətli metallardan və qiymətli daşlardan hazırlanan məhsullar (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla) isə sertifikatlaşdırma sistemi ilə müəyyənləşdirilən hallarda uyğunluq nişanları ilə damğalanır.

12.3. Qiymətli metallardan və qiymətli daşlardan hazırlanan məhsul (emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatlar istisna olmaqla) növlərinin siyahısı, sertifikatlaşdırma formaları, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver