16.1. Banklar qiymətli metallarla və qiymətli daşlarla əməliyyatları və əqdləri, o cümlədən onların inkassasiyasını (daşınmasını) bank fəaliyyətinə verilən xüsusi razılıq əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər.
16.2. Bank metallarının keyfiyyət standartı, habelə bank metalları ilə əməliyyatların aparılması və əqdlərin bağlanması qaydaları qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
16.3. Bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.
16.4. Banklar tərəfindən qiymətli metallar və qiymətli daşlarla əməliyyatların uçotu və hesabatı qanunvericiliyə müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparılır.