20.1. Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
* (20.1-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)
20.2. Qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar qanunvericiliklə müəyyən olunmuş qaydada məhsullarına öz ad damğalarını vurmaq hüququna malikdirlər və həmin məmulatların dövlət standartlarına cavab verməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
20.3. Qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarının saxtalaşdırılması və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
* (20.3-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)