21.1. Hüquqi şəxslər və fərdi sahibkarlar qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
21.2. Bu qanunun 21.1-ci maddəsində göstərilən şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.