Qanunvericilik › Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu

Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu qiymətli metalların və qiymətli daşların hasilatının həcminin tənzimlənməsi, habelə Azərbaycan Respublikasının onlara perspektiv tələbatının təminatı məqsədi ilə formalaşdırıla bilər.

7.2. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fonduna kəşfiyyatı aparılmış və dövlət (sahə) balansında qeydə alınmış, lakin istifadəyə verilməmiş və ya istifadədən çıxarılmış yataqlar daxildir.

7.3. Kəşfiyyatı aparılmış ayrı-ayrı yataqların qiymətli metalların və qiymətli daş yataqlarının ehtiyat fonduna daxil edilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul olunur.

7.4. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu barəsində sərəncam Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver