Qanunvericilik › Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Azərbaycan Respublikasının qızıl ehtiyatı

Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Azərbaycan Respublikasının qızıl ehtiyatı affinaj edilmiş qızıl külçələrdən ibarətdir, dövlət mülkiyyətidir və dövlətin qızıl-valyuta ehtiyatlarının tərkib hissəsidir. Qızıl ehtiyatı dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının fövqəladə hallarda yaranan tələblərinin ödənilməsi üçün təxsis edilir.

8.2. Azərbaycan Respublikasının qızıl ehtiyatları bir hissəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına verilir və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq beynəlxalq qızıl-valyuta ehtiyatları kimi saxlanılır və idarə olunur. Azərbaycan Respublikasının qızıl ehtiyatının digər hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır və istifadə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver