Elmi müəssisə və təşkilatlar, ali məktəblər, digər təşkilatlar və idarələr elmi-texniki tərəqqinin müasir səviyyəsini nəzərə almaqla özlərinin səlahiyyəti daxilində əhalinin və ayrı-ayrı vətəndaşların sağlamlıq və xəstələnmə vəziyyətini, layihə sənədlərini, texniki və başqa sənədləri, xammalı, materialları, maddələri, məmulatı və digər xalq təsərrüfatı məhsullarını, onların istehsalı texnologiyasını və immunobioloji dərman preparatlarını sanitariya-gigiyena, tibbi, bioloji, texniki, sosioloji, statistika ekspertizalarından və digər növ xüsusi ekspertizalardan keçirməlidirlər.
Bu ekspertizalar dövlət sanitariya nəzarəti orqanlarının göndərişləri üzrə müqavilə əsasında və ya başqa əsasda keçirilir.
Elmi müəssisə və təşkilatlar, ali məktəblər, digər təşkilatlar və idarələr ekspertizaların düzgün keçirilməsi üçün məsuliyyət daşıyırlar.