26-1.1. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatların istiqamətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
26-1.2. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada maliyyələşdirilir.