Qanunvericilik › Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin vəzifələri və məsuliyyəti

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Özlərinin səlahiyyəti daxilində dövlət sanitariya nəzarətini həyata keçirən Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin baş dövlət sanitariya həkimləri, digər vəzifəli şəxsləri və mütəxəssisləri:

sanitariya sahəsində hüquq pozuntularının qarşısını almaq, onları aşkara çıxarmaq və ləğv etmək üçün verilmiş səlahiyyətdən vaxtında və tam istifadə etməli;

əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onun sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində özlərinin fəaliyyətini vətəndaşların və cəmiyyətin hüquq və mənafelərinin müdafiəsi işində marağı olan dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai birliklər ilə əlaqələndirməli;

əhaliyə sanitariya qanunvericiliyinin yerinə yetirilməsi və sanitariya mədəniyyətinin artırılması məsələlərində kömək etməli;

onlara bəlli ola bilən məlumat barəsində dövlət, xidmət və kommersiya sirrini qorumalıdırlar.

2. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin vəzifəli şəxsləri və mütəxəssisləri öz vəzifələrini lazımınca yerinə yetirməməyə, vəzifələrindən sui-istifadə etməyə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver