I. Xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan aşağıdakı yerlərdə keçirilən toplantılar bu Qanunla tənzimlənmir:
şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə;
ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış qapalı yerlərdə.
II. Toplantıların aşağıdakı formaları bu Qanunla tənzimlənmir:
toy və dəfn mərasimləri;
bayram və matəm tədbirləri;
dini mərasimlər.
Toy və dəfn mərasimlərindən, bayram və mətam tədbirlərindən, dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirilməsi üçün istifadə olunarsa, həmin toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.
III. Bu maddənin I və II hissələrində nəzərdə tutulmuş dinc toplantıların hər bir iştirakçısı Azərbaycan Respublikası qanunvericiliyinin ümumi tələblərinə riayət etməlidir.
II fəsil
Toplantılar təşkİl edİlməsİ qaydaları