Sərhəd mühafizə orqanlarının sahə müvəkkili və onun köməkçisi sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları sırasından təyin edilir və yerli idarəetmə orqanlarına təqdim olunur.
Sərhəd mühafizə orqanlarının sahə müvəkkili vətəndaşların köməyi ilə sərhəd rejiminə əməl olunmasına nəzarət edilməsi, aidiyyətinə daxil olan inzibati xətalar haqqında işlər üzrə icraat aparılması, Dövlət sərhədinin mühafizəsi üzrə digər vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanları, ictimai təşkilatlar, müəssisə və idarələr ilə qarşılıqlı əlaqələrin həyata keçirilməsi üçün təyin edilir.
Sərhəd mühafizə orqanlarının sahə müvəkkilinə müəyyən ərazi sahəsi və bu sahədə yerləşən yaşayış məntəqələri təhkim edilir.
Sərhəd mühafizə orqanlarının sahə müvəkkili öz vəzifələrini daxili işlər orqanları (orqanların əməkdaşları) ilə qarşılıqlı əlaqədə yerinə yetirir.
Sərhəd mühafizə orqanlarının sahə müvəkkili haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.