Sərhəd mühafizə orqanlarında müddətli həqiqi hərbi xidmət keçəcək çağırışçılar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırış komissiyaları tərəfindən müəyyən edilir.
Sərhəd mühafizə orqanlarında xidmət etmək üçün seçilən çağırışçılar həmin orqanların hərbi qulluqçuları üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq vəziyyətinə dair əlavə tələblərə cavab verməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı çağırışçının bu tələblərə cavab vermədiyini müəyyən edərsə, həmin şəxs çağırış komissiyası tərəfindən yeni hərbi xidmətkeçmə yerinə göndərilir.