Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 106

Maddə 106. Lisenziyanın qüvvəsinin dayandırılması

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

106.1. Mərkəzi Bank aşağıdakı əsaslarla lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandırır:

106.1.1. bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanun əsasında verilmiş digər təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;

106.1.2. sığorta ödənişinin verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının sığortaçı tərəfindən icra edilməməsi;

106.1.3. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə düzgün əks etdiriləcəyi təqdirdə Mərkəzi Bankın əlavə sənəd və ya məlumat tələb etməsinə səbəb ola biləcək səhv və ya yanlış məlumatların sonradan aşkar edilməsi və Mərkəzi Bankın tələbi ilə həmin sənəd və ya məlumatların 15 iş günü ərzində təqdim edilməməsi;

106.1.4. lisenziya sahibinin bu Qanunla icazə verilməyən fəaliyyətlə məşğul olmasının konkret faktlarla təsdiq edilməsi;

106.1.5. hüquqi şəxs olan sığorta vasitəçisinin bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçmiş işçisi ilə əmək münasibətlərinə xitam verilərkən onu bu Qanuna uyğun gələn digər şəxslə əvəz etməməsi;

106.1.6. bu Qanunun 105.3-cü maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmaması;

106.1.7. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tələblərin pozulması;

106.1.9. lisenziya sahibinə iki il ərzində eyni hal üzrə iki dəfədən artıq bu Qanun əsasında təqdimat verilməsi;

106.1.10. sığorta vasitəçisinin bu Qanunun 88.3-cü və (və ya) 93.2-3-cü maddələrinin tələblərinə riayət etməməsi.

106.2. Lisenziyanın qüvvəsinin dayandırılması sığortaçıların sığortaçı qismində yeni sığorta müqavilələri və ya təkrarsığortaçı qismində yeni təkrarsığorta müqavilələri bağlamasını, habelə qüvvədə olan belə müqavilələrin müddətini uzatmasını, onlara müvafiq olaraq sığorta və ya təkrarsığorta risklərinin həcminin artmasına və ya təminatının genişləndirilməsinə səbəb olan əlavə və dəyişikliklərin edilməsini, sığorta vasitəçilərinin isə sığorta əməliyyatları ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olmasını qadağan edir.

106.3. Sığortaçı lisenziyanın qüvvəsinin dayandırılmasından əvvəl bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri üzrə, sığorta vasitəçisi isə sığorta əməliyyatları ilə bağlı müvafiq vasitəçilik xidməti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

106.4. Lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərarda buna əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir.

106.5. Lisenziyanın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi barədə məlumat, müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində Mərkəzi Bankın mətbuat xidməti tərəfindən yayılmaqla, onun rəsmi internet səhifəsində yerləşdirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver