Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 109

Maddə 109. Sığortaçının müvəqqəti inzibatçısı

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

109.1. Mərkəzi Bank sığortaçıya aşağıdakı hallarda müvəqqəti inzibatçı təyin edir:

109.1.1. bu Qanunun 96-4-cü maddəsində göstərilən hallarda;

109.1.2. bu Qanunun 107.1.2-107.1.7-1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla sığortaçının lisenziyası ləğv edildikdə.

109.2. Lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısı təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

109.2.1. müvəqqəti inzibatçı ali təhsilə, sığortaçının İdarə Heyətinin üzvü üçün bu Qanunla müəyyənləşdirilmiş iş təcrübəsinə, habelə məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır;

109.2.2. lisenziyası ləğv edilən sığortaçının kreditoru, səhmdarı, işçisi və onların yaxın qohumları müvəqqəti inzibatçı təyin edilə bilməzlər.

109.3. Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti barədə hesabatı Mərkəzi Banka və Mərkəzi Bankın sığortaçının ləğvi haqqında iddia qaldırdığı məhkəməyə təqdim edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver