122.1. Sığortaçı adında, təşkilati-hüquqi formasında, yaxud daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanda dəyişiklik edildiyi tarixdən 1 ay ərzində bu barədə həftədə bir dəfə olmaqla Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət qəzetində elan dərc etdirməlidir. Dərc edilən ilk belə elanın surəti Mərkəzi Banka təqdim edilməlidir.
122.2. Sığortaçılar və sığorta vasitəçiləri onlara müvafiq fəaliyyətlə məşğul olmaq hüququ verən lisenziyanın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiqlənmiş surətini ofis binasında görünməsi və oxunması mümkün olan yerdə yerləşdirməlidir.