Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 123

Maddə 123. Sənədlərin saxlanması qaydası və müddəti

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

123.1. Sığortaçılar və sığorta vasitəçiləri fəaliyyətləri ilə bağlı qanunla müəyyən edilmiş sığorta statistikasını, sənədlərin uçotunu aparmalı və sənədlərin saxlanmasını təmin etməlidirlər.

123.2. Sığortaçılar və sığorta vasitəçiləri onlar tərəfindən həyata keçirilən sığorta əməliyyatlarına dair sənədləri, belə əməliyyatlar üzrə elektron daşıyıcılarında olan məlumatları müştəri və ya digər müqavilə tərəfi ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il müddətində, həmçinin bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş sığortalının, sığorta olunanın, faydalanan şəxsin və benefisiar mülkiyyətçinin və səlahiyyətli nümayəndənin müştəri uyğunluğu tədbirlərinə dair məlumat və sənədlərini “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş müddətdə saxlamalı və zərurət yarandığı təqdirdə Mərkəzi Banka və ya maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver