Qanunvericilik › Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Sosial xidmətlərə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi qaydası

Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Sosial xidmətin göstərilməsi çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial xidmətlərə olan tələbatının sosial işçi tərəfindən qiymətləndirilməsi və müəyyən edilməsi əsasında həyata keçirilir.

11.2. Sosial xidmətlərə tələbatın qiymətləndirilməsi və müəyyən edilməsi üçün meyarlar aşağıdakılardır:

11.2.1. sosial yadırğama (dezadaptasiya);

11.2.2. sosial məhrumiyyət (deprivasiya);

11.2.3. uğursuz sosial mühit.

11.3. Sosial xidmətin göstərilməsi barədə müraciət müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır.

11.4. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver