Qanunvericilik › Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Müxtəlifnövlü müəssisələrin təşkilati-hüquqi formaları

Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Kənd təsərrüfatında müxtəlifnövlü müəssisələrin aşağıdakı təşkilati-hüquqi formaları nəzərdə tutulur:

dövlət müəssisəsi formasında fəaliyyət göstərən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri;

məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən birgə təsərrüfatlar, kooperativlər və təsərrüfatlararası müəssisələr;

səhmdar cəmiyyətləri;

fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları;

şərikli, payçı və şərikli müəssisə formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri;

müəssisələr birliyi formasında fəaliyyət göstərən birliklər, assosiasiyalar və digərləri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver