Qanunvericilik › Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri

Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri sovxozların dövlət mülkiyyətində qalan hissəsi əsasında yaradılır.

Dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin maddi-texniki təchizatına, maliyyə-kredit resurslarına tələbatının ödənilməsinə, sosial inkişaf məsələlərinin həllinə dövlət himayəçilik göstərir. Dövlət həmin müəssisələrə yalnız onların əsas istehsal istiqamətinə aid məhsullara sifariş müəyyən edir. Qalan məhsullara müəssisə sərbəst sərəncam verir.

Belə müəssisələr tam təsərrüfat hesabı əsasında işləyir və istehsal-təsərrüfat fəaliyyətini sərbəst həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver