Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
bələdiyyə mülkiyyətində olan sututarlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;
su obyektlərinin istifadəsi və mühafizəsi tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin mühafizəsi tədbirlərinə əməl olunmasına nəzarət etmək;
müvafiq ərazilərdə yerləşən su obyektlərində içməli və məişət su təchizatı üçün su götürülməsini, çimərlik, heyvanların suvarılması qadağan edilən yerlərini və sudan ümumi istifadənin digər şərtlərini, habelə su obyektlərindən istirahət və idman üçün istifadə yerlərini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq müəyyən etmək;
su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.