Su təsərrüfatı balansları müvafiq ərazidə su ehtiyatları ilə suya tələbatın müqayisəli hesabat materiallarından ibarətdir.
Su təsərrüfatı balansları müvafiq ərazilərin su obyektlərində su ehtiyatlarının mövcudluğunu və onlardan istifadə dərəcəsini qiymətləndirmək məqsədi ilə tərtib edilir və su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması və qərarların qəbul edilməsi üçün istifadə olunur.
Su təsərrüfatı balansları respublika, su hövzələri və inzibati-ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib edilir.
Tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.