Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Sudan istifadəyə müvəqqəti qadağalar

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İçməli su təchizatının ciddi qıtlığı yarandıqda, su təchizatı müəssisəsi aşağıdakı məqsədlər üçün verilən suyu dayandıra bilər:

a) fərdi bağların suvarılmasına verilən suyu;

b) ictimai məqsədlər üçün verilən suyu.

2. Su təchizatı müəssisələri media ilə su təchizatının dayandırılması nəzərdə tutulan müddət, ərazi və tarix haqqında əvvəlcədən məlumat verirlər.

3. Su təchizatının dayandırılması müddətində bu maddənin müddəalarını pozan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

4. Su təchizatının dayandırılması haqqında məlumat bu maddəyə uyğun olaraq elan olunduqda su təchizatı müəssisəsi tərəfindən bu müddət ərzində alınacaq ödəniş əsaslandırılmış şəkildə ixtisar olunmalıdır. Əgər avans ödəmələri tutulubsa, onda bu məbləğ bundan sonrakı dövrdə tutulacaq ödəmələrə aid edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver