Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Su təchizatının dayandırılması haqqında xəbərdarlıq

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Su təchizatı müəssisəsi, istehlakçını mütləq qaydada xəbərdar etmək şərti ilə bu Qanunda nəzərdə tutulmuş hallarda su təchizatını dayandırır.

2. Xəbərdarlıqda aşağıdakılar göstərilir:

a) xəbərdarlığın aid olduğu su təchizatı zonası;

b) su təchizatının dayandırılması müddəti (günlər və saat göstərilmədikdə);

c) xəbərdarlığın tələblərinin yerinə yetirilməsinin qaydaları;

ç) belə fəaliyyətin həyata keçirilməsinin məqsədləri;

d) belə fəaliyyətlə әlaqәdar digər məsələlər.

3. Xəbərdarlıq istehlakçıya aşağıdakı üsullarla çatdırıla bilər:

a) media ilə;

b) su təchizatı zonasında hərəkət edən səsgücləndirici vasitələrlə;

c) poçt və ya digər rabitə vasitələri ilə.

4. Bütün istehlakçılar xəbərdarlıqda nəzərdə tutulan tələbləri yerinə yetirməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver