Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 55

Maddə 55. Su təchizatı (kanalizasiya) müəssisələrinin əlavə xidmətləri sahəsində hüquqları

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Su təchizatı və kanalizasiya müəssisələri hər hansı istehlakçının xahişi ilə onların hesabına və ya öz təşəbbüsü ilə (özünün hesabına), öz səlahiyyətləri çərçivəsində aşağıdakıları edə bilər:

a) hər hansı avadanlığı modernləşdirmək və ya təmir etmək;

b) hər hansı tədqiqatı və ya baxışı keçirmək;

c) öz səlahiyyətlərinə aid olan hər hansı digər işləri görmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver