Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 56

Maddə 56. Layihələndirmə və tikinti işlərinin razılaşdırılması

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Su təchizatı və kanalizasiya obyektlərinin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılır və həmin obyektlərin layihələndirilməsi və tikintisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanı layihələndirmə və tikinti haqqında müvafiq müraciətlərə baxır və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş qaydada qəbul edilmiş qərar barədə məlumat verir.

2. İstehlakçıların birbaşa və dolayısı ilə su təchizatına, tullantı sularının axıdılmasına, subasmanın qarşısının alınmasına təsir göstərən tikinti və təsərrüfat fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq su təchizatı və kanalizasiya müəssisələri, bələdiyyələrlə razılaşdırılmaqla həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver