Memarlıq abidələri və digər abidələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat, elmi-tədqiqat və lahiyə institutları, abidələrin qorunması və bərpası məqsədini güdən ictimai biliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq olunur.
Tədqiqat işlərinə başlamazdan əvvəl bu haqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır.
Azərbaycan Respublikasının sərhədlərindən kənarda mövcud olan Azərbaycan milli memarlıq abidələrinin tədqiqi və öyrənilməsi üçün icazə alınması dövlətlərarası müqavilələr əsasında həll edilir.