13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:
13.1.1. əyani;
13.1.2. qiyabi;
13.1.3. distant (məsafədən);
13.1.4. sərbəst (eksternat).
13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.
13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.