Qanunvericilik › Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi

Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10.2. Azərbaycan Respublikasında ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin (yanğından mühafizə, polis, təcili tibbi yardım, qaz və elektrik qəza xidməti və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) çağırılması üçün istənilən telekommunikasiya şəbəkələrindən bütün hüquqi və fiziki şəxslərin pulsuz istifadəsinə təminat verilir. İstifadəçilərin bu hüquqlarını məhdudlaşdıran operatorlar, provayderlər və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver