Qanunvericilik › Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-1

Maddə 13-1. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu

Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-1.1. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər.

13-1.2. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver