2.1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Qiymət – məhsulun (malın, işin, xidmətin) pulla ifadə olunan dəyəridir;
2.1.2. Qiymətlərin dövlət tənzimlənməsi – qiymətlərin əmələ gəlməsi və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etməklə qiymətlərin müəyyən edilməsidir;
2.1.3. Qiymətin əmələ gəlməsi – müvafiq normativ hüquqi sənədlər, tələb-təklif və qiymətə təsir göstərə bilən amillər əsasında qiymətlərin formalaşmasıdır;
2.1.4. Tənzimlənən qiymət – səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətdir;
2.1.5. Bazar qiyməti – tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiymətdir.
2.1.6. Tənzimləyici orqan – qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı.
2.2. Bu qanunda istifadə edilən mülki, iqtisadi və digər qanunvericilik sahələrinə aid anlayışlar müvafiq qanunvericilik aktlarında istifadə edilən mənalarda tətbiq olunurlar.